Zidan istefa verdi

Zinəddin Zidan "Real"ın baş məşqçisi vəzifəsindən istefa verib. SportLine.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

Məlumata görə, mütəxəssis bu gün keçirəcəyi mətbuat konfransında qərarını rəsmən açıqlayacaq.

Qeyd edək ki, Z.Zidan 2016-cı ildən "kral klubu"nu çalışdırıb.