"Zirə" ilə oyundan öncə "Neftçi" futbolçuları

Dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində həyatını itirənlərin xatirəsinə ehtiram əlaməti olaraq ölkə ərazisində matəm elan olunub. 

SportLine.azxəbər verir ki, bununla əlaqədar olaraq, Azərbaycan Premyer Liqasının XV turunun bütün oyunlarında futbolçular meydana  qara sarğı ilə çıxacaq, matçlardan öncə 1 dəqiqəlik sükut elan olunacaq.

Bu gün "Zirə" ilə qarşılaşan "Neftçi" futbolçuları meydana neftçi dəbilqəsi ilə çıxıblar.

Banner