"Zirə" Türkiyəyə yola düşdü

Bu mövsüm ölkəmizi Konfrans Liqasında təmsil edəcək "Zirə" təlim-məşq toplanışı üçün Türkiyənin Bolu şəhərinə yollanıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bir qədər əvvəl səfər çıxan komanda iyulun 7-dək Türkkiyədə toplanışda olacaq. Rəşad Sadıqovun komandası toplanış çərçivəsində komanda 2 yoxlama oyunu keçirəcək. Rəqiblərdən biri bəllidir. Qəsəbə təmsilçisi Rumıniyanın 1-ci liqa təmsilçisi “Hermanştadt”la qarşılaşacaq. Oyunun tarixi hələlik açıqlanmayıb.