"Zirə"nin hücumçusunun komandası məğlub oldu
“Zirə”nin hücumçusu Klesio Baukun çıxış etdiyi Mozambik millisi Afrika Millətlər kubokunda növbəti oyununa çıxıb.
Sportline.az xəbər verir ki, komanda qrup mərhələsinin 3-cü turunda səfərdə Kamerun yığmasıyla qarşılaşıb. Görüş, meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatı
Start heyətdə meydana çıxan Bauk 61-ci dəqiqədə Reqinaldo ilə əvəzlənib.
Qeyd edək ki, Mozambik yığması F qrupunda 4 xalla 2-ci sıradadır.