Emin Mahmudov seçmə mərhələdə bir göstəriciyə görə liderlər sırasındadır

Azərbaycan millisinin futbolçusu Emin Mahmudov DÇ-2026-nın başa çatan seçmə mərhələsində bir göstəriciyə görə liderlər sırasında qərarlaşıb.

Sportline.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi rəqibin hücumları zamanı topa müdaxilədə ilk "3-lük"də qərarlaşıb.

Mahmudov meydana çıxdığı 6 oyunda 21 dəfə bunu bacarıb. Qazaxıstanlı İslam Çesnokov və maltalı Aleksander Satariano da topa eyni sayda müdaxilə edib.

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində D qrupunu 1 xalla sonuncu - dördüncü pillədə başa vurub.