"Qarabağ" "Kəpəz"ə, "Neftçi" "Qəbələ"yə qarşı

Bu gün Azərbaycan Premyer Liqasında IV tura yekun vurulacaq.

Sportline.az xəbər verir ki, son oyun günündə 2 görüş keçiriləcək.

"Neftçi" öz meydanında "Qəbələ"ni, "Qarabağ" isə "Kəpəz"i qəbul edəcək. 

Qeyd edək ki, turun digər oyunları 25 və 26 avqust tarixlərində olub.

Azərbaycan Premyer Liqası

IV tur

27 avqust (bazar)

18:30. “Neftçi” – “Qəbələ”

Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Şirmamed Mamedov, Rauf Allahverdiyev

"Neftçi Arena"

20:45. “Qarabağ”– “Kəpəz”

Hakimlər: Əli Əliyev, Zeynal Zeynalov, Vüsal Məmmədov, Rəvan Həmzəzadə

“Azersun Arena”