100 milyona 13 futbolçu
Mançesterdə "yarpaq tökümü" gözlənilir.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, “Mançester Yunayted” 13 futbolçusunu sataraq 100 milyon funt sterlinq əldə etmək istəyir.
Transferə çıxarılan oyunçlardan bəzilərinin adları açıqlanıb.
Bu futbolçuların Jeydon Sanço, Harry Maquayer, Antoni Marsiyal və Mak Tominay olduğu bildirilib.
Heyətə əl gəzdirmək istəyən “qırmızı şeytanlar” yeni mövsümdə bu futbolçuların xidmətinə ehtiyac duymur.