20 yaşlı türk futbolçu Bundesliqa yolunda

"Giresunspor"un müdafiəçisi Kadir Seven Bundesliqada oynamağa yaxındır.

Sportline.az xəbər verir ki, "Hoffenhaym" 20 yaşlı futbolçunu heyətinə qatmaq üçün öz nümayəndələrini Türkiyəyə göndərib.

Futbolçu alındıqdan sonra "Hoffenhaym"ın pilot komandası olan "Akademika de Vizeu"ya (Portuqaliya) icarəyə veriləcək.

Kadir Seven 42 rəsmi matçda 3 dəfə fərqlənib.