2030-cu ildə dünya çempionatı altı ölkədə keçiriləcək
2030-cu ildə futbol üzrə dünya çempionatı altı ölkədə keçiriləcək.
Sportline.az xəbər verir ki, final mərhələsinin oyunlarına turnirin əsas təşkilatçıları sayılan İspaniya, Portuqaliya və Mərakeş ev sahibliyi edəcək. Eyni zamanda, turnirin üç açılış matçını Argentina, Paraqvay və Uruqvayda keçiriləcək.
Beləliklə, 2030-cu il dünya çempionatı tarixdə ilk dəfə üç qitədə keçiriləcək.