22 yaşlı fransalı "Bavariya"nın radarında

"Bavariya" Mönhenqladbax "Borussiya"sının yarımmüdafiəçisi Kuadio Kone ilə maraqlanır.

Sportline.az xəbər verir ki, artıq klublar 22 yaşlı fransalı ilə danışıqlar aparıblar. "Bavariya" futbolçunu kiçik bir məbləğ qarşılığında almaqda israrlıdır.

Bu mövsüm Kone iki oyuna çıxsa da, heç bir qol burmayıb. Konenin Mönhenqladbax "Borussiya"sı ilə müqaviləsi 2025-ci ilin yayına kimi qüvvədədir. 

Onun dəyərinin 40 milyon avro olduğu bildirilib.