34 yaşında millidə debüt qolunu vurdu
İtaliya millisinin üzvü Cakomo Bonaventura ilkə imza atıb.
Sportline.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi Avro-2024-ün seçmə mərhələsində Malta ilə oyunda fərlqənib. Bu qol futbolçunun millidə ilk qolu olub. O, bunadək keçirdiyi 14 görüşdə fərqlənə bilməmişdi.
Bonaventura İtaliya millisində debüt qolunu ən gec vurmaqla rekorda imza atıb.