36-cı turun açılış oyununda sülh bağlandı

La Liqada 36-cı turun açılış oyununda "Osasuna" "Malyorka" ilə qarşılaşıb.

Sportline.az xəbər verir ki, Pamplonada keçirilən matç 1-1 hesablı bərabərliklə yekunlaşıb.

Qollar: Monkayola 14' (1-0). Serxio Darder 65'(1-1)

Qeyd edək ki, xallarının sayını 41-ə çatdıran "Osasuna" elitada qalmağı artıq təmin edib.15-ci sıradakı "Malyorka"nın 36 xalı var.