56 yaşlı futbolçu ilə yeni müqavilə imzalandı
Dünyanın ən yaşlı futbolçusu Kadzuesi Miura daha bir mövsüm futbol oynamağa davam edəcək.
Sportline.az xəbər verir ki, Portuqaliyanın 2-ci liqası "Oliveyrense"də çıxış edən 56 yaşlı yarımmüdafiəçi ilə müqavilə 2024-cü ilin yayına qədər uzadılıb. Bu barədə klubun Tvitter səhifəsi məlumat yayıb.
Qeyd edək yaponiyalı yarımmüdafiəçi bu ilin fevral ayında "Oliveyrense"yə keçib. O, ilk peşəkar oyununa 1982-ci ildə çıxıb.