57 il sonra gələn acı xəbər
"Mançester Yunayted" bütün yarışlarda mövsümün ilk 10 matçında 18 qol buraxıb.
Sportline.az xəbər verir ki, klub Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda son oyununda evdə "Qalatasaray"a uduzub (2:3).
Beləliklə, "qırmızı şeytanlar" klub tarixində 57 ilin ən pis nəticəsini göstərib. 1966/67 mövsümündə komanda mövsümün ilk 10 matçında 20 qol buraxıb.
"Mançester Yunayted"in növbəti oyunu oktyabrın 7-də Premyer Liqada "Brentford"la evdə olacaq.