7 oyundan sonra istefa
"Marsel"də Marselino dövrü erkən bitir.
Sportline.az L'Equipe nəşrinə istinadla xəbər verir ki, ispaniyalı mütəxəssis bununla bağlı fikrini futbolçulara bildirib.
Marselino iyunun sonlarında İqor Tudoru əvəzləmişdi.
O, komandanın "sükanı arxasına" cəmi 7 oyun keçirib.
Qeyd edək ki, Çempionlar Liqasında mübarizəni dayandıran komandanın ölkə çempionatındakı çıxışı da azarkeşləri qane eləmir.
Onlar klub rəhbərliyinə bu məsələ ilə bağlı xəbərdarlıq da etmişdilər.