86 ölkənin seçmə komandası Bakıya gəlir

Mayın 6-da Bakıda cüdo üzrə “Böyük Dəbilqə” turniri keçiriləcək.

SportLine.az AZƏRTAC-a istinadən xəbər verir ki, üç gün davam edəcək yarışa 86 ölkənin yığması qatılacaq. Heydər Əliyev adına İdman Arenasında təşkil olunacaq turnir üçün ümumilikdə 556 cüdoçu sifariş edilib. Bunlardan 341-i kişi, 215-i isə qadındır.

Yarışın qalibi reytinqinə 500 xal əlavə edəcək. İkinci və üçüncü yerlərin sahibləri müvafiq olaraq, 300 və 200 xal irəli düşəcəklər. Bununla belə, digər yerlərə də xallar veriləcək.

Qeyd edək ki, yığmamız “Boyük Dəbilqə”dən öncə Rusiyanın Kazan şəhərində keçiriləcək Avropa çempionatına qatılacaq.