Aaron Remzinin yeni klubu
Yarımmüdafiəçi Aaron Remzi "Aston Villa"dan "Bernli"yə keçib.
Sportline.az xəbər verir ki, 20 yaşlı ingilislə 2028-ci ilə qədər olan müqavilə imzalanıb.
İngiltərə millisinin üzvü keçən mövsümü "Norviç" və "Midlsbro"da icarə əsasında keçirib. O, bütün yarışlarda 31 oyuna çıxıb, 8 qol vurub, 4 məhsuldar ötürmə edib.