ABŞ-dan çətin qələbə

"Kopa Amerika"da 1/4 final mərhələsi start götürüb. SportLine.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. 

Meydan sahibləri - ABŞ millisi Ekvadorla qarşılaşıb. Gərgin mübarizənin sonunda Şimali Amerika təmsilçisi sevinib.

17 iyun 2016
"Kopa Amerika", 1/4 final


ABŞ - Ekvador - 2:1
QOLLAR:
Dempsi, 22 (1:0); Zardes, 65 (2:0); Arroyo,74 (2:1)
QIRMIZI VƏRƏQƏLƏR: Cermen Cons, 53 (ABŞ); Antoni Valensiya, 53 (Ekvador)