Acun Ilıcalı Arda Gülər barədə danışıb

Acun Ilıcalı gənc futbolçu Arda Gülərlə bağlı açıqlma verib.

Sportline.az Sprox.com-a istinadla xəbər verir ki, "Hull Siti" klubunun sahibi gənc yarımmüdafiəçinin "Real Madrid"dəki çıxışını dəyərləndirib.

O, açıqlamsında :"Arda 2-3 il sonra başqa kluba gedəcək. "Real Madrid"ə keçidi təqdirə layiqdir, amma kaş getməzdi. İspaniya klubu gənc futbolçuları yetişdirməyi bacarmır. Onlara püxtələşmiş oyunçular lazımdır",-deyib.

Qeyd edək ki, Acun Ilıcalının sahibi olduğu "Hall Siti" klubu Çempionşipdə 58 xalla 6-cı pillədə qərarlaşıb.