Acun Ilicalı yeni bir klub alacağını bildirib

“Championship”də çıxış edən “Hull Siti”nin sahibi Acun İlicali daha bir klub almaq niyətindədir.

Sportline.az xəbər verir ki, Acun qatıldığı bir proqramda bu fikirləri səsləndirib.

“Bir müddət Yunanıstanda olduq, amma istədiyimiz komandanı tapa bilmədik.İndi düşünürük ki, Sloveniya Liqası komanda olaraq bizim üçün ən uyğün yerdir.Dəyişiklik olmasa, yaxın vaxtlarda Solveniyadan bir komanda ala bilərik” deyə Acun Ilıcalı bildirib.

Qeyd edək ki , “Hull Siti” “Championship”də  37 oyundan sonra 58 xalla 7-ci pillədə qərarlaşır.Bu çempionatda ilk 2 pilləni tutan komandalar birbaşa olaraq Premyer Liqaya vəsiqə qazanırlar.Sonrakı 4 pillənin sahibləri isə Premyer Liqaya vəsiqə uğrunda mübarizə aparırlar.