Adı "Neftçi" ilə hallanan ulduz futbolçu yola salınır
Bu yaxınlarda adı "Neftçi" ilə hallanan Cenk Tosunun taleyinə aydınlıq gətirilib.
Sportline.az "Aspor"a istinadla xəbər verir ki, "Fənərbağça" klubu 34 yaşlı futbolçu ilə yolları ayırmağı qətiləşdirib.
Onun qış transfer pəncərəsində İstanbul nəhəngindən göndəriləcəyi bildirilir.
İllik məvacibi iki milyon Avro olan hücumçunun icarəyə veriləcəyi də istisna edilmir.
Qeyd edək ki, Cenk Tosun vaxtilə "Neftçi"nin hücumçusu Vensan Abubakarla birlikdə "Beşiktaş"ın formasını geyinib.