Milli komandanın forması yenidən hazırlanacaq

Adidas firması Almaniya millisinin formasını yenidən hazırlayacaq.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, dünyanın ən məşhur idman malları markası adidas Almaniya millisinin formasını yenidən hazırlamaq qərarına gəlib.

Buna səbəb olaraq isə son formada nazi işarəsinə bənzər simvolların olması göstərilib.  

Qeyd edək ki, Almaniya millisi adidas şirkətindən yeni formaların Avro 2024-dən öncə hazır olmasını tələb edib.