Adrian Mutunun hədəfləri
"Neftçi"nin yeni baş məşqçisi Adrian Mutu Rusiyanın Sport-Ekspress" nəşrinə müsahibə verib.
Sportline.az xəbər verir ki, rumıniyalı mütəxəssis karyerası ilə bağlı arzusunu açıqlayıb. Sabiq klubu "Fiorentina"nı çalışdırmaq istədiyini deyən məşqçi "Neftçi"də qarşısına qoyulan hədəflərdən də danışıb:
"Bir gün "Fiorentina' çalışdırmaq istərdim. Mən bu klubu çox sevirəm. Hazırda isə bütün fikrimi “Neftçi”də işləməyə cəmləmişəm. Orada bütün qüvvəmlə çalışmalıyam ki, qarşıma qoyulan vəzifələri yerinə yetirim. Bu vəzifələr çempionluq və Azərbaycan kubokunu qazanmaqdır".
Qeyd edək ki, Adrian Mutu "Neftçi" ilə 2 illik müqavilə imzalayıb..