AİBA-nın adı dəyişdirilib
Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) adı dəyişdirilib.
Sportline.az xəbər verir ki, bu barədə qərarı qurumun onlayn şəkildə təşkil olunan Növbədənkənar Konqresi qəbul edib.
Uzun illər AİBA kimi fəaliyyət göstərən təşkilat bundan sonra İBA (Beynəlxalq Boks Assosiasiyası) kimi tanınacaq. Qərar səsvermədə yekdilliklə qəbul olunub. Həmçinin qərara alınıb ki, qurumun Növbəti Konqresləri hər il təşkil edilsin.
İBA üç ölkənin üzvlüyünü müvəqqəti dayandırıb. Bunlar Sent-Vinsent və Qrenadin, Vanuatu, Sent-Kitts və Nevisdir.