Akanji İstanbul nəhənginə gəlir
"Qalatasaray" "Mançester Siti"nin futbolçusu Manuel Akanjini transfer etmək üçün hərəkətə keçib.
Sportline.az xəbər verir ki, Türkiyə nəhəngi həm cinah müdafiəçisi, həm mərkəz müdafiəçisi mövqeyində oynaya bilən futbolçu transfer etmək istəyir.
Bu haqda insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Məlumata görə, Akanjinin transferi üçün "Qalatasaray" "Mançester Siti" ilə danışıqlar həyata keçirib. Tərəflər razılaşmaq üzrədir.