Karraskal paytaxt klubunda
"Dinamo" (Moskva) və ÇSKA yarımmüdafiəçi Xorxe Karraskalın transferi ilə bağlı razılığa gəlib.
Sportline.az xəbər verir ki, 25 yaşlı futbolçu "göy-ağlar"la 2027-ci ilin yayına qədər müqavilə imzalayıb və daha bir mövsüm uzatmaq imkanı var.
Karraskal 2022-ci ilin fevralından ÇSKA-da oynayır. "Qırmızı-göylər"in heyətində 47 matçda 7 qol vurub, 7 məhsuldar ötürmə verib.