Aleksandr Kokorin "91"i seçdi
Fiorentina öz saytında 2023/24 mövsümü üçün komanda nömrələrinin siyahısını dərc edib.
Sportline.az xəbər verir ki, "bənövşəyilər"in hücumçusu Aleksandr Kokorin 91 nömrəli formanı geyinəcək. O, eyni nömrələrlə "Aris"də oynayıb.
Ötən mövsüm 32 yaşlı hücumçu Kiprin "Aris" klubunda icarə əsasında çıxış edib. O, komandanın heyətində 30 oyun keçirib, 13 qol vurub, 6 məhsuldar ötürmə edib.