Aleksis Sançes anemiya şübhəsi səbəbindən Çili matçını buraxıb
"İnter"in hücumçusu Aleksis Sançes anemiya şübhəsi ilə Çili millisinin qarşıdakı oyunlarını buraxacaq.
Sportline.az xəbər verir ki, 34 yaşlı çililinin testləri qırmızı qan hüceyrələrinin sayının normadan aşağı olduğunu göstərib.
Sançes bir ildən sonra "İnter"ə qayıdıb. Forvard 2019-2022-ci illərdə "neradzurri"də çıxış edib. O, klubda 109 oyuna çıxıb, 20 qol vurub və 23 məhsuldar ötürmə verib.