Alfonso Deyvis "Real Madrid"ə keçə bilər

Alfonso Deyvis "Real Madrid"in diqqət mərkəzinə düşüb.

Sportline.az idman jurnalsiti Fabrisio Romanonun paylaşımına istinadla xəbər verir ki, "Kral klubu" kanadalı futbolçu üçün yeni təklif hazırlayıb.

"Bavariya" rəsmiləri mövsüm sonunda müqaviləsi başa çatan futbolçunu srbəst oyunçu kimi göndərmək istəmir.

Bu səbəbdən də "Real Madrid"dən gələn təklif qəbul edəcəklərini bildiriblər.

Qeyd edək ki, "Kral klubu"nun rəsmiləri Alfonso Deyvis üçün 60 milyon avro ödməyə hazır olduğunu deyiblər.