Alleqri Kyezaya inanır

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri bu mövsüm cinah hücumçusu Federiko Kyezanın perspektivləri barədə fikirlərini açıqlayıb.

Sportline.az xəbər verir ki, təcrübəli mütəxəssis ona inandığını bildirib.

“Mən onu hücumda görürəm, o, cinahda çox təcrid olunmuşdu, ona görə də Duşan Vlahoviçlə birlikdə əla görünürdü. Hər ikisi irəliləyir. Düşünürəm ki, Federiko bu mövsüm 14-16 qol vurmağa qadirdir”, - deyə Alleqri açıqlamasında bildirib.

A Seriyasının 1-ci turunda "Yuventus" "Udineze"ni (3:0) böyük hesabla məğlub edib. “Qoca Sinyora” növbəti matçını “Bolonya”ya qarşı keçirəcək.