Alleqrinin mediadan yayınmasına aydınlıq gətirildi
Yuventus"un baş məşqçisinin köməkçisi Marko Landuççi komandasının A Seriyasının 2-ci turunun matçında "Bolonya" ilə oyununu (1:1) şərh edib.
Sportline.az xəbər verir ki, Turin klubunun baş məşqçisi Massimiliano Alleqri mətbuata açıqlama verməyib.
“Alleqri soyuqlamışdı və özünü yaxşı hiss etmədi, amma ciddi bir şey yoxdu. Komandaya ikinci hissəni çox yaxşı keçirdiklərini söylədik və həddən artıq canfəşanlıq etdik. Vlahoviçin qolu 51-ci dəqiqədə ləğv olundu, vacib an idi. Amma ümumilikdə ikinci hissədə daha yaxşı çıxış etdik" - deyə Landuççi bildirib.
"Yuventus" 4 xal toplayıb və A Seriyasının turnir cədvəlində 4-cüdür. Bolonya 14-cü yerdədir (1 xal).