Alleqrinin yeni iş yeri müəyyənləşir
"Yuventus"un sabiq baş məşqçisi Massimiliano Alleqri yenidən iş başına qayıdır.
Sportline.az xəbər verir ki, mövsümün sonunda Turindən ayrılan mütəxəssis Serbiya millisini çalışdıra bilər.
Bu haqda İtaliyanın nüfuzlu "Tuttosport" portalı məlumat yayıb.
Qeyd edək ki, Serbiya millisi cəmi iki xalla Avropa çempionatında mübarizəni qrup mərhələsində başa vurub.