Almaniya klubu Arda Gülər üçün 40 milyon avro təklif edəcək

Almaniya klubu Arda Gülər üçün 40 milyon avro təklif edəcək.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Bavariya" klubu 19 yaşlı yarımmüdafiəçi üçün "Real Madrid"ə 40 milyon avro təklif edəcək.

Almaniya mediası "Bavariya" rəsmilərinin Arda Güləri yaxından izəldiyini bildirib.

Qeyd edək ki, Karlo Ançelotti daha öncəki açıqlamsında gənc futbolçunun heç bir yerə getməyəcəyini və komandada qalacağını bildirmişdi.