Almaniya klubundan "Liverpul"a

"Liverpul" "Ştutqart"la yarımmüdafiəçi Vataru Endo üçün razılığa gəlib.

Sportline.az xəbər verir ki,  30 yaşlı yaponiyalının tibbi müayinəsi nəzərdə tutulub. Futbolçunun transferi üçün alman klubu 18 milyon avro alacaq. Yapon yarımmüdafiəçi arzusunu həyata keçirmək üçün "Ştutqart"dan onu buraxmağı xahiş etdikdən sonra müqavilənin şəxsi şərtləri razılaşdırılıb.

Endo ötən mövsüm bütün turnirlərdə 40 oyuna çıxıb, 6 qol vurub, 5 məhsuldar ötürmə edib.