Almaniya millisinin oyunçusu saçını bənövşəyi rəngə boyadıb

Almaniya millisinin yarımmüdafiəçisi Robert Andrix yeni imici ilə diqqətləri üzərinə çəkib.

Sportline.az xəbər verir ki, 29 yaşlı futbolçu Avropa çempionatının 1/4 finalında İspaniya ilə oyundan əvvəl saçını bənövşəyi rəngə boyayıb.

Xatırladaq ki, Avropa Çempionatında 1/4 final mərhələsi iyulun 5-də İspaniya-Almaniya oyunu ilə start götürəcək.Görüş Ştutqart şəhərində keçiriləcək. Matçı ingilis Entoni Teylor idarə edəcək.

Qeyd edək ki, Robert Andrix 2021-ci ildən Leverkuzen "Bayer"inin şərəfini qoruyur.