Alonso Premyer Liqaya qayıda bilər
"Barselona"nın müdafiəçisi Markos Alonso Premyer Liqaya qayıda bilər.
Sportline.az xəbər verir ki, 32 yaşlı ispaniyalı zədəli Lyuk Şouya əvəzləyici axtaran “Mançester Yunayted”ə keçə bilər. Namizədlər siyahısında "Çelsi"dən Mark Kukurella da var.
Alonso keçən yay "Çelsi"dən pulsuz olaraq "Barselona"ya keçib. Ötən mövsüm müdafiəçi La Liqada 24 oyun keçirib, 1 qol vurub. Futbolçunun müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.