Alonso yalnız "Barselona"nı düşünür
"Barselona"nın müdafiəçisi Markos Alonso kataloniyalıları tərk etmək istəmir.
Sportline.az xəbər verir ki, "Barselona" hələ La Liqanın yeni mövsümü üçün futbolçunu qeydiyyatdan keçirməyib və bu səbəbdən futbolçunun gələcəyi müəyyən edilməyib. Alonsonun özü ümid edir ki, klub onu qeydiyyatdan keçirmək üçün bir yol tapa bilər.
32 yaşlı ispaniyalı keçən yay "Çelsi"dən pulsuz olaraq "Barselona"ya keçib. Futbolçunun müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Futbolçunun transfer qiyməti 5 milyon avrodur.
Alonso ötən mövsüm La Liqada 24 oyuna çıxıb, 1 qol vurub.