Alonsonun xələfi məlum olub

“Bayer” klubunun rəhbərliyi Xabi Alonsonun klubdan ayılacağı təqdirdə yerinə kimin gələcəyini müəyyən edib.

Sportline.az “Mundo Deportivo” saytına istinadən xəbər verir ki, “Leverkuzen” Alonsonun gedişi zəminində “Kastilya”nın baş məşqçisi Raulla anlaşmağa çalışacaq.

 “Leverkuzen” təmsilçiləri Alonsonun 2025-ci ilin yayında mümkün gedişinə hazırlaşır. Raul Qonzales isə əsas namizəd kimi irəli sürülür.

Qeyd edək ki, 2022-ci ilin oktyabr ayından “Leverkuzen”i çalışdıran Xabi Alonso klubla birgə Almaniya Çempionu və ölkə kubokunun sahibi olub.