Alvares "Vest Hem"ə neçəyə başa gəlib?

"Ayaks" "Vest Hem"in yarımmüdafiəçi Edson Alvares üçün nə qədər ödədiyini açıqlayıb.

Sportline.az xəbər verir ki, londonlular futbolçunun transferinə 38 milyon avro xərcləyiblər. Bonuslar hesabına məbləğ 41 milyon avroya qədər yüksələ bilər.

25 yaşlı meksikalı ilə müqavilə 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Yarımmüdafiəçi 19-cu nömrə altında çıxış edəcək.

Alvares 2019-cu ilin iyulundan "Ayaks"da çıxış edir. 2022/23 mövsümündə komandanın heyətində 44 matçda 4 qol vurub, 3 məhsuldar ötürmə edib.