Alveş üçün 1 milyon avro girov qoydu

Memfis Depay Dani Alveşin azadlığa çıxması üçün 1 milyon avro məbləğində girov ödəyib.

Sportline.az Sovsport.ru-ya istinadla xəbər verir ki, “Atletiko Madrid”in və Hollandiya millisinin hücumçusu dostu Dani Alveşi həbsdən azad edib və onun üçün 1 milyon avro girov qoyub.

Bu barədə qətərli köşə yazarı Maxbut Əl Marri məlumat verib.

Alveş martın 25-də İspaniya həbsxanasını tərk edib. O, işi üzrə yekun hökm çıxarılana qədər azadlıqda qala biləcək.

Xatırladaq ki, bu ilin fevralında gecə klubunda qıza təcavüzdə təqsirləndirilən braziliyalı ulduz 4.5 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Futbolçu artıq 1 ildir ki həbsxanada idi. O, həbsdən sonra 5 il polis nəzarətində qalacaq.