Amerika investisiya fondu "Everton"u almağa yaxındır

"Everton"un sahibi Fərhad Moşiri klubu Amerikanın 777 Partners investisiya fonduna satmağa hazırdır.

Sportline.az xəbər verir ki, Amerikanın "MSP Sports Capital" şirkəti klubun sahibi ilə razılığa gələ bilməyib və buna görə də alqı-satqı nəticəsində klub tamamilə "777 Partners"in nəzarətinə keçəcək; alış prosesi davam edə bilər.

"777 Partners" artıq öz portfelində "Sevilya", "Herta" və "Standard" kimi bir sıra futbol klublarına malikdir.