Amerika kuboku: Argentinadan növbəti qələbə

Futbol üzrə Amerika Kubokunda III tura start verilib.

Sportline.az xəbər verir ki, ABŞ-də təşkil olunan turnirin A qrupunda Peru ilə qarşılaşan Argentina yığması 2:0 hesablı qələbə qazanıb.

Kanada - Çili qarşılşamasında isə qol vurulmayıb.

Qeyd edək ki, A qrupunda 9 xal toplayan Argentina 1/4 finalda mübarizə aparmaq hüququ qazanıb.

Kanada isə 4 xalla qrup ikincisi kimi növbəti mərhələyə yüksəlib.