"Anadolu Efes" ulduz basketbolçusunu komandada saxladı
Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən "Anadolu Efes" bakstebol klubu yeni müqavilə ilə gündəmə gəlib.
Sportline.az xəbər verir ki, klub ABŞ-dan olan ulduz basketbolçu Eliyah Brayantla müqavilənin müddətini uzadıb.
"Anadolu Efes"in amerikalı basketbolçusu daha 2 il komandanın şərəfini qoruyacaq.
Qeyd edək ki, Eliyah Brayant 2022/23 mövsümündə Avroliqada 34, Türkiyə Superliqasında isə 26 oyuna çıxıb.