Anası Mbappeni çətin vəziyyətə salıb

Kilian Mbappe özünə yeni menecer tapmalıdır.

Sportline.az Marca nəşrinə istinadla xəbər verir ki, bu funksiyanı yerinə yetirən anası FİFA agenti statusunu ala bilməyib.

Bu səbəbdən o, futbolçunun agenti kimi fəaliyyət göstərmək hüququndan məhrum olub.

Qeyd edək ki, PSJ-nin forvardının mövsümün sonunda Madrid "Real"ına transferi gündəmdədir.