Anasını öldürdüyü iddia edilən futbolçu təyyarədə polislə dalaşdı
Anasını öldürməkdə təqsirləndirilən keçmiş amerikan futbolçusu Serjio Braun daha bir qalmaqalla gündəmə gəlib.
Sportline.az TMZ-yə istinadla xəbər verir ki, idmançını ABŞ-yə ekstradisiya etmək istəyərkən Braun təyyarədə Meksika polisi ilə əlbəyaxa olub.
O, polisi itələyərək qaçırıldığını və dərhal azad edilməli olduğunu qışqırıb. İnsident Mexiko hava limanında uçuş-enmə zolağında dayanan təyyarədə baş verib.
"Qoy gedim! Bu, adam oğurluğudur! Kameralar çəksin! Adam oğurluğu!” - deyə Braun qışqırıb.
Buna baxmayaraq amerikan futbolçusu ABŞ-də San Dieqo həbsxanasına aparılıb. Qeyd edək ki, Braun keçən ay meyiti tapılan 73 yaşlı anasını öldürməkdə təqsirləndirilir.