Ançelotti Xoseludan danışdı
Karlo Ancelotti "Real Madrid"in bir mərkəz hücumçusu ilə bütün kuboklar üçün mübarizə apara biləcəyini söyləyib.
Sportline.az xəbər verir ki, "Real Madrid"in baş məşqçisi yeni mövsüm öncəsi komandanın hücum xətti ilə bağlı sualları cavablandırıb.
Mbappenin mümkün transferi haqqında “Mən heç vaxt "Real"ın heyətində olmayan futbolçular haqqında danışmamışam" deyən Ançelotti yeni transfer Xoselu haqqında da danışıb.
“Bir mərkəz hücumçusu ilə bütün kuboklar üçün mübarizə apara bilərik. Düzdür, son mövsümlərdə yalnız bir mərkəz hücumçusu, Benzema ilə oynamışıq ki, o da sırf mərkəz hücumçusu deyildi. İndi isə sxemin dəyişdirilməsinə böyük töhfə verə biləcək bir oyunçumuz var" - deyə Ançelotti bildirib.