Ançelottiyə 10 min dollar cərimə

İngiltərə Futbol Federasiyası "Everton"un baş məşqçisi Karlo Ançelottini cərimələyib.

Sportline.az Britaniya mətbuatına istinadən xəbər verir ki, buna səbəb 60 yaşlı mütəxəssisin Premyer Liqanın 28-ci turunda  "Mançester Yunayted"lə matçdakı (1:1) davranışı olub. Ançelottinin bu hərəkətləri isə 8 min funt-sterlinq (təqribən 10 min dollar) məbləğində cərimələnməsi ilə nəticələnib.

İtaliyalı çalışdırıcı davranışının düzgün olmadığını və bu cəzaya layiq olduğunu etiraf edib.

Qeyd ki, Ançelotti oyunun 90+2-ci dəqiqəsində vurduqları qolun ləğv edilməsindən sonra hakimlə sərt şəkildə mübahisə etdiyi üçün meydandan qovulmuşdu.