Andradenin adı iştirak ərizəsində
Qarabağ” yeni transferi Patrik Andradeni avrokubok oyunları üçün UEFA-ya sifariş edib.
Sportline.az UEFA-nın saytına istinadən xəbər verir ki, yarımmüdafiəçinin adı Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Polşa “Rakuv”u ilə oyunlar üçün iştirak ərizəsinə daxil edilib.
"Qarabağ"ın iştirak ərizəsində ümumilikdə 26 oyunçu var.
Qeyd edək ki, “Qarabağ”la “Rakuv” arasında ilk oyun iyulun 26-da Polşada, cavab görüşü isə avqustun 2-də Bakıda keçiriləcək.