Andre Qrey "Ər-Riyad"da
Hücumçu Andre Qrey karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Sportline.az xəbər verir ki, "Ər-Riyad" 32 yaşlı yamaykalı futbolçu ilə müqavilə imzaladığını açıqlayıb.
Qreyin son klubu azad agent kimi tərk etdiyi Aris (Saloniki) olub. Bundan əvvəl o, bütün karyerasını İngiltərədə keçirib.