Andrea Belottinin yeni komandası məlum olub

"Roma"nın hücumçusu, İtaliya millisi ilə AVRO 2020-nin çempionu Andrea Belotti "Komo' klubuna keçib keçib.

Sportline.az Sport24.ru-ya istinadla  xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı futbolçu "Komo" ilə 2 illik müqavilə imzalayıb.

Transfermarkt portalının məlumatna görə, bu transfer üçün "Roma"ya 4.5 milyon avro ödənilib.

İspaniyalı keçmiş futbolçu Sesk Fabreqasın rəhbərlik etdiyi "Komo" ötən mövsümü Seria B-də ikinci pillədə tamamlayıb və elitaya vəsiqə qazanıb.

Qeyd edək ki, Andre Belotti son futbol mövsümünü icarə əsasında "Fiorentina"da keçirib.O, florensiyalıların heyətində 46 oyunda 10 qol vurub və 3 asist edib.